Asif Məmmədov: "Hər şey özümüzdən asılıdı"

Asif Məmmədov: "Hər şey özümüzdən asılıdı"
"İnter"in futbolçusu Asif Məmmədovun müsahibəsi
 
- "İnter" mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirə bilərsən?
- Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, "İnter"in rəhbərliyinə və azarkeşlərə böyuk minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
 
- Bəs mövsüm ərzində çıxışından razı qaldın?
- Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.
 
- İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdi. Türkiyə toplanışı barədə nə deyə bilərsən?
- Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadı.
 
- Qarşıda komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsən, “İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
- Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdi. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələ keçməkdi. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdı.
 
- Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdı, hansı ölkədən olan rəqibin düşməsini istərdin?
- Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdu. Düzdü, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyəmiz bizi qələbəyə doğru aparacağına inanıram.
inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər