Asensio Bundesliqa yolunda - Danışıqlar başladı

Asensio Bundesliqa yolunda - Danışıqlar başladı

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını "Bayer Leverkuzen"də davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Patrik Berqer məlumat yayıb.

Mənbənin məlumatına görə, alman klubu 26 yaşlı ispan vingerə görə artıq qarşı tərəfə rəsmi təklif göndərib. Fransalılar bu sorğunu hələ cavablandırmayıb. 

Asensio özü bu qış komanda dəyişməyə hazırdır.

Qeyd edək ki, 2023-cü ilin yayında Paris klubuna keçən yarımmüdafiəçi bu mövsüm 12 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər