Arvadı və qayınları "Xəzər Lənkəran"ın sabiq baş məşqçisini döydü

Arvadı və qayınları "Xəzər Lənkəran"ın sabiq baş məşqçisini döydü
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli məhkəməyə müraciət edib. Fanat.Az xəbər verir ki, buna səbəb 67 yaşlı mütəxəssisin keçmiş həyat yoldaşı Evin Elçin tərəfindən təzyiqlərə məruz qalmasıdı.
Mustafa Dənizli və Evin Elçin bu ilin 21 sentyabrında ayrılıb. Bundan sonra həyat yoldaşının qardaşları mütəxəssisin evinə gələrək ondan boşanmaq üçün 5 milyon lirə tələb ediblər. 25 sentyabrda yenidən gələn qardaşlar istədikləri pulu vermədiyi üçün Mustafa Dənizlini döyüblər.
"Mənə "Biz böyük tayfayıq. Səni öldürərik. Təkcə səni yox, bütün sülaləni öldürərik" deyərək təhdid etdilər" deyə Musatafa Dənizli şikayət ərizəsində qeyd edib. 
Qeyd edək ki, Musatafa Dənizli və Evin Elçi 2010-cu ildə evlənib. Evin Elçinin atası Şerafettin Elçi məşhur kürd hüquqçusu və siyasətçisi, Qatılımçı Demokrak Partiyasının qurucusu idi. O, 2012-ci ildə vəfat edib.
Onu da qeyd edək ki, Mustafa Dənizli 2013-cü ilin noyabrında "Xəzər Lənkəran"da işləməyə başlayıb. Lakin həmin mövsümün sonunda onunla yollar ayrılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər