"Artıq Messi ilə rəqabət bitdi" - Kriştianu Ronaldu

"Artıq Messi ilə rəqabət bitdi" - Kriştianu Ronaldu

“Əl-Nəsr”in hücumçusu Kristianu Ronaldu argentinalı ulduz futbolçu Lionel Messi barədə danışıb. 

Fanat.Az xəbər verir ki, "SAPO Desporto" portuqaliyanın dediklərini belə çatdırıb: 

“Mənim azarkeşlərim Messiyə nifrət edirlər? Mən bunu görmürəm. Ümumiyyətlə, Messi ilə aramızdakı rəqabət bitdi. Əla idi, pərəstişkarlarımız bu rəqabəti bəyəndi, amma daha başa çatdı. 

Kim Ronaldunu sevirsə, Messiyə nifrət etmək məcburiyyətində deyil. Hər ikisi çox yaxşıdır, ikisi də futbol tarixini dəyişib. Bizə bütün dünyada hörmət edirlər və bu, ən mühümüdür. O öz yolu ilə gedir, mən də öz yolumla. 

Söhbət miras qoymağa davam etməkdən gedir və mən bunu qarşıdurma kimi görmürəm. Artıq dedim ki, 15 il səhnəni paylaşdıq və sonda dost yox, həmkar olduq, bir-birimizə hörmətlə yanaşırıq”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər