Artetanın etdiyini Arsen Venger də bacarmayıb

Artetanın etdiyini Arsen Venger də bacarmayıb

London “Arsenal”ının baş məşqçisi Mikel Arteta klubun rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı “topçular”ın Premyer Liqanın XIII turunda “Brentford”u üstələdiyi matçda (1:0) tarixi nəticəyə imza atıb. 

Belə ki, London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200-cü oyunda 116-cı qələbəsini qazanıb. Öncəki rekord bu sayda görüşdə 111 zəfərə sevinən Arsen Vengerə məxsus idi. 

Qeyd edək ki, hazırda 30 xalı olan “Arsenal” İPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər