Artetadan Deklan Raysa məzəli təqdimat: "Salam, mən yeniyəm" 

Artetadan Deklan Raysa məzəli təqdimat: "Salam, mən yeniyəm" 

Bu yay ən bahalı transferlərdən biri olan Deklan Raysın "Arsenal"dakı ilk gündə başına maraqlı hadisə gəlib. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı ingilis "topçular"ın baş məşqçisi Mikel Artetanın zarafatının qurbanı olub.

Rays "Football London"a  yeni komandasının düşərgəsyndə olduğu ilk gündə başına gələnlərdən danışıb:

"Bir az əsəbi idim. Çünki orada olduğum ilk gün - bazar günü idi - uşaqları görmədim. Bu vaxt Arteta ilə qarşılaşdım. Birdən o, üstümə “Salam, mən yeniyəm” yazılmış stiker yapışdırdı. Sonradan öyrəmdim ki, o helə xırda şeyləri sevir".

 Xatırladaq ki, 24 yaşlı Rays "Arsenal"a 122 milyon avroya - İngiltərə futbolu tarixində qeydə alınan ən yüksək qiymətə başa gəlib. Öncəki rekord "Aston Villa"dan "Mançester Siti"yə 117,5 milyon avroya transfer olunmuş Cek Qrilişə məxsus idi.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər