Arteta tələb etdi, "Arsenal" maksimum məbləğ ayırdı

Arteta tələb etdi, "Arsenal" maksimum məbləğ ayırdı

"Arsenal" qış transferləri üçün baş məşqçi Mikel Artetaya 105 milyon funt-sterlinq (təxminən 120 milyon avro) ayırıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb. 

Mənbənin məlumatına görə, bu, "topçular"ın maliyyə feyr-pleyini pozmadan xərcləyə biləcəyi maksimum məbləğdir.

London klubunun prioriteti müdafiəni gücləndirməkdir. Xəbərə görə, "Arsenal"ın maraq dairəsində Niko Şlotterbek (“Borussiya” Dortmund), Matteys de Liqt (“Bayern”, Münhen), Yorell Hato (“Ayaks”) və Qonçalo İnasio (“Sportinq”) kimi futbolçular var.

Hazırda "Liverpul"dan bir oyun az keçirən "Arsenal" 40 xalla 2-ci yerdə qərarlaşıb və potensial liderdir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər