Arteta "Sevilya" üzərində qələbəni şərh etdi

Arteta "Sevilya" üzərində qələbəni şərh etdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Sevilya" üzərində qazandıqları qələbədən (2:0) danışıb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssis fikirlərini klubun rəsmi saytına bölüşüb:

“Çətin rəqibə qarşı çox yaxşı oynadıq. Taktiki cəhətdən bizə fərqli nəsə lazım idi. Evdə oynadıq və istədiyimizi çox yaxşı şəkildə yerinə yetirdik. Çıxışımızdan razıyam”.

Qeyd edək ki, 9 xalı olan “Arsenal” B qrupunun lideridir.  Sonrakı yerlərdə isə uyğun olaraq “Lans” (5 xal), PSV (5 xal) və “Sevilya” (2 xal) qərarlaşıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər