"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının mövcud vəziyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Bu, mövsümün ən vacib dönəmidir. Bilirik ki, məqsədimiz uğrunda mübarizədə bizim üçün hər qarşılaşma olduqca önəmlidir. Cari mövsüm çox şeyi düz etmişik, sabitlik və yüksək səviyyə sərgiləmişik. İndi daha bir addım atmaq, oynaya bildiyimiz kimi oynamaq istəyirik. Güclü tərəflərimiz üzərində işləyir, özümüzə daha çox inanmağa çalışırıq. Heyətdəki futbolçuların keyfiyyətlərindən düzgün şəkildə faydalanmağa köklənmişik. Nəyə nail olcağımızı isə zaman göstərəcək".
Qeyd edək ki, 24 oyuna 52 xal toplayan "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.