"Arsenal"ın yeni kapitanı kim oldu?

"Arsenal"ın yeni kapitanı kim oldu?

London "Arsenal"ının kapitanı dəyişib.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta 23 yaşlı norveçli yarımmüdafiəçi Martin Edeqoru növbəti mövsüm üçün kapitan təyin edib.

Edeqor 2021-ci ilin yanvarında "Real Madrid"dən "Arsenal"a keçib. O, London klubunda əvvəlcə icarə əsasında oynasa da, ötən ilin yayında "Arsenal" norveçli futbolçunun keçid hüququnu 40 milyon avroya alıb. Ötən mövsüm Edeqar "Arsenal"ın heyətində bütün yarışlarda 40 oyun keçirib və bu görüşlərdə 7 qol vurub. 

Qeyd edək ki, "topçular"ın əvvəlki kapitanı hazırkı transfer pəncərəsində "Arsenal"dan "Lion"a keçən Aleksandr Lyakazett idi. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər