"Arsenal"ın ispanı Madrid klubu ilə razılığa gəldi

"Arsenal"ın ispanı Madrid klubu ilə razılığa gəldi

London "Arsenal"ının ispaniyalı müdafiəçisi Hektor Belyerin karyerasını La Liqada davam etriməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Desmarque" yayıb.

Mənbə iş yerini dəyişmək qərarına gələn Belyerinin "Atletiko Madrid"in transfer siyahısına düşdüyünü və İspaniya təmsilçisinin artıq futbolçunun razılığını aldığını vurğulayıb. Xəbərə görə, "Atletiko" hazırda yaxın günlərdə "topçular"a göndərəcəyi rəsmi təklif üzərində işləyir.

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Belyerin 2011-ci ildən "Arsenal"dadır. Bu müddətdə İngiltərə klubunun forması ilə 239 matça çıxan müdafiəçi 9 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər