"Arsenal"da istefa

"Arsenal"da istefa
"Arsenal"ın idarə heyətinin sədri Çips Kezik postundan istefa verib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Kezik özü bu barədə məlumat verib:
"Arsenal" kimi böyük klubun idarə heyətinin sədri olmaq mənim üçün fəxr idi. "Arsenal"ın həmişə həyatımda xüsusi yeri olub, bundan sonra da belə olacaq.
Hələ koronavirusla əlaqədar ortaya çıxan sağlamlıq böhranından əvvəl mövsümün sonunda postumu tərk edəcəyimə dair qərar qəbul etmişdim. Sten və Coş Kronke, idarə heyətinin digər üzvləri fəaliyyətlərinə davam edəcəklər. Klub etibarlı əllərdədi".
80 yaşlı funksioner 2005-ci ildən "Arsenal"ın idarə heyətinin üzvü idi. 2013-cü ildə Çips sədr seçilmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər