"Arsenal"ı sonda üzən braziliyalı nə danışdı?

"Arsenal"ı sonda üzən braziliyalı nə danışdı?

"Portu"nun vingeri Vanderson Qaleno Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Arsenal" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az xəbər verir ki, Portuqaliyadakı matçın 90+4-cü dəqiqəsində komandasının yeganə qoluna imza atan braziliyalı fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Qolu mən vursam da, qələbəni komanda şəklində qazandıq. Yaxşı oynadıq. İnamla müdafiə olunduq və bütün gücümüzü meydanda qoyduq. Çox xoşbəxtəm. Evdə etdiyimizi səfərdə də təkrarlamağa çalışacağıq".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması martın 12-də "Emireyts"də keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər