London "Arsenal"ı "Mançester Siti"dən aldığı hücumçunu - Qabriel Jezusu ictimaiyyətə təqdim edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 milyon avroya transfer edilən braziliyalı 9 nömrəli formanı geyinəcək.
Jezus "topçular"ın ispan çalışdırıcısı Mikel Arteta üçün yeni sima deyil. Cənubi amerikalı futbolçu Arteta "Mançester Siti"də Xosep Quardiolanın köməkçisi olduğu dönəmdə (2016-2019) onunla işləyib.

Nihat