"Arsenal" klubu Avropa Super Liqası layihəsinə qayıtmayacağını bəyan edib və azarkeşlərindən üzr istəyib.
Fanat.Az xəbər verir ki, bununla bağlı bəyanat klubun rəsmi saytında yayımlanıb.
"Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik", deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real Madrid", "Barselona” və "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları yaradıblar.
Fanat.Az