"Arsenal" Pepedən canını qurtara bilmir

"Arsenal" Pepedən canını qurtara bilmir

"Arsenal" hücumçusu Nikola Pepe ilə yolları ayırmaq istəyir.

Fanat.Az RA agentliyinə istinadən xəbər verir ki, klub futbolçunu satmaq üçün 10-dan çox klubla əlaqə saxlayıb.

Lakin potensial müştərilərdən heç biri Pepeyə görə London klubuna 25 milyon avrodan çox təklif etmir. Bu isə "topçular"ın planlarına uyğun deyil.

"Arsenal" 2019-cu ildə 83 milyon avroya aldığı 27 yaşlı futbolçunu bu dəfə 30 milyona təklif etməyi planlaşdırır. Daha əvvəl London klubunun istəyi 45 milyon avro idi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər