"Arsenal" "Ayaks"ın müdafiəçisi Lisandro Martineslə bağlı Niderland klubu ilə danışıq aparır.
Fanat.Az xəbər verir ki, informasiyanı "De Telegraaf" yayıb.
İddiaya görə, "topçular" Argentina millisinin oyunçusu üçün təklif etdiyi məbləği bonuslar da daxil olmaqla, 40 milyon avroya qədər artırıb. Halbuki iyunun əvvəlində başlayan danışıqlar zamanı ilkin məbləğ 25 milyon avro olub. "Ayaks" isə 24 yaşlı futbolçu üçün ən azı 50 milyon avro istəyir.
"Mançester Yunayted"in də Martineslə maraqlandığı bildirilir.
Lisandro bu mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb və 1 qol vurub.
Mirağa