"Real Madrid"in norveçli yarımmüdafiəçisi Martin Edeqorun (Martin Odegaar) "Arsenal"a keçidi rəsmiləşdi.
Fanat.Az xəbər verir ki, klub 22 yaşlı futbolçunun transferini rəsmi saytında elan edib. Edeqor klubda 8 nömrəli formanı geyəcək.
Transfer məbləği 35 milyon avro olan 22 yaşlı yarımmüdafiəçi klubla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Xatırladaq ki, futbolçu ötən mövsümün ikinci yarısınıi icarə əsasında "Arsenal"da keçirib. Premyer Liqada keçirdiyi 14 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.
Emin Şəmsiyev