"Arsenal" bunu bacaran 4-cü komandadır - Əvvəlkilər sonda çempion olublar

"Arsenal" bunu bacaran 4-cü komandadır - Əvvəlkilər sonda çempion olublar

İngiltərə çempionatının 28-ci turunun matçında "Arsenal" "Brentford"a qalib gəlib.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu qələbə "topçular" üçün 2024-cü ilin əvvəlindən bəri Premyer Liqada ardıcıl 8-ci qələbədir. 

Beləliklə, londonlular çempionat tarixində bir təqvim ilində ilk səkkiz görüşündə qalib gələn dördüncü komanda olub. Əvvəllər buna “Mançester Yunayted” (2009), “Liverpul” (2020) və “Mançester Siti” (2021) nail olub. Həmin mövsümlərdə onların hamısı çempionluğu bayram ediblər.

“Arsenal” hazırda 64 xalla turnir cədvəlinə başçılıq edir. Ancaq “Liverpul” bu gün “Mançester Siti”ylə qarşılaşacaq. Bu komandaların duelində qalib gələn tərəf liderliyi ələ keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər