"Arsenal" baxışa çağırdığı klubsuz qapıçı ilə bağlı nə qərar verdi? - SON DURUM 

"Arsenal" baxışa çağırdığı klubsuz qapıçı ilə bağlı nə qərar verdi? - SON DURUM 

London "Arsenal"ı perspektiv üçün yeni qapıçı axtarır. 

Fanat.Az xəbər verir ki, Danimarkanın gənclər millisinin üzvü Lukas Martin "topçular"ın maraq dairəsinə düşüb. 

"Teamtalk"-ın məlumatına görə, istedadlı danimarkalı hətta bu yaxınlarda İngiltərənin top-klubunun düşərgəsində sınaqdan keçirilib. Londonlular hələ yekun qərarını açıqlamasa da, 25 yaşlı qolkiperin bəyənildiyi bildirilir.

Bu ilin əvvəlində Danimarkanın "Norşellan" tərk edən Lukas bu günə qədər azad agent olaraq qalır. 

Mikel Artetanın baş məşqçisi olduğu "Arsenal" İngiltərə Premyer Liqasının 31-ci turundan sonra turnir cədvəlində birinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər