"Arsenal" 9 ildir bunu edə bilmir

"Arsenal" 9 ildir bunu edə bilmir

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən Londonda keçirilən "Arsenal" - "Bayern Münhen" görüşü 2:2 hesablı bərabərliklə başa çatdı.

Fanat.Az xəbər verir ki, "topçular" 9 il sürən həsrətə son qoymağa çalışsalar da, buna nail olmağı bacarmadılar.

Belə ki, London təmsilçisi 2015-ci ildən bəri "Bayern"i məğlub edə bilmir. Londonluların Münhen klubu üzərində son qələbəsi 2015-ci ilin oktyabrında qeydə alınıb. Həmin vaxt "Arsenal" 2:0 hesablı zəfərə sevinib. 

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 17-də "Alyans Arena"da baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər