"Arsenal" 58,5 milyona aldığı müdafiəçi ilə bağlı atdığı addımı açıqladı

"Arsenal" 58,5 milyona aldığı müdafiəçi ilə bağlı atdığı addımı açıqladı

"Arsenal" müdafiəçisi Ben Uayt ilə müqavilə yenilədiyini bəyan edib.

Fanat.Az xəbər verir ki, əvvəlki müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan Ben son sazişə əsasən 2028-ci ilin yayınadək "topçular"ın formasını geyinəcək.

Uayt London nəhənginə 2021-ci ilin yayında, 58,5 milyon avro qarşılığında "Brayton"dan transfer olunub. Cari mövsüm "topçular"ın forması ilə bütün turnirlərdə 38 matça çıxan arxa xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər