London "Arsenal"ı bu yay 3 qapıçısı ilə vidalaşmaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, "The Sun" paytaxt təmsilçisinin almaniyalı qolkiperi Bernd Lenonun "Fulhem"lə danışıq apardığını açıqlayıb.
Xəbərə görə, tərəflər artıq məbləğ məsələsində də razılığa gəliblər. Lenonun 9,5 milyon avro qarşılığında iş yerini dəyişəcəyi bildirilib.
"Mbl.is" isə "topçular"ın islandiyalı "çərçivə" qoruyucusu Runar Runarssonun Danimarkanın "Kopenhagen" klubuna keçməyə yaxın olduğunu vurğulayıb.
"Arsenal"ın ingiltərəli qapıçısı Artur Okonkvoya gəlincə, jurnalist Çarlz Uott şəxsi "Twitter" hesabında bu futbolçunun yaxın günlərdə icarəyə veriləcəyini iddia edib.
Baş məşqçi Mikel Artetanın heyətdə saxlamaq istəmədiyi qolkiperlər yola salınandan sonra komandada iki əsas əlcək sahibi qalacaq - ingiltərəli Aaaron Ramsdeyl və ABŞ-dan olan Mett Törner. Üçüncü qapıçı olmaq uğrunda isə klubun U-21 komandasının "çərçivə" qoruyucuları mübarizə aparacaq. Bunlar Karl Heyn və Ceyms Hillsondur.
Nihat