Arsen Vengerin yerinə Donald Tramp - FOTO

Arsen Vengerin yerinə Donald Tramp - FOTO
Dünən mövsümün sonunda "Arsenal"dan ayrılacağını açıqlayan Arsen Vengerin qərarı jurnalist və televiziya şərhçisi Piers Morqanın da gündəmində olub.
Fanat.Az xəbər verir ki, "Arsenal" azarkeşi olan jurnalist canlı yayımda qonağı olan ABŞ prezidenti Donald Trampa böyük bir sürpriz edib.
Morqanın "Uzun zamandı çətin dövr yaşayırıq və artıq insanlar bir lider dəyişikliyinin zamanı gəldiyini  düşünür" sözləri qarşısında təəccüblənən Tramp daha sonra söhbətin "Arsenal"dan getdiyini anlayaraq gülməyə başlayıb.
Rejidən göndərilən üzərinə Tramp yazılmış 45 nömrəli formayla söhbəti futbola gətirən Morqan Trampa "Arsenal"ın baş məşqçisi olmağı təklif edib: 
"İndi sizin kimi hücum fəlsəfəsinə sahib, divar kimi müdafiənin gücünə vənəyin bahasına olursa-olsun qazanmağın önəminə inanan və yalnız böyük uğurlar istəyən bir lider axtarırıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər