Arsen Vengerin bəyənmədiyini Syomin də istəmədi

Arsen Vengerin bəyənmədiyini Syomin də istəmədi
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin baxışda olan Marko Neni ilə bağlı qərarını verib. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis afrikalı oyunçunun xidmətindən imtina edib.
Qeyd edək ki, mərkəzi yarımmüdafiəçisi 2012-ci ildəq çıxış etdiyi "Tavriya"da 14 oyun keçirib və 1 qol vurub. Kot`d-ivuarlı futbolçu vətənində "Mimosas", Avropada isə "Beveren" (Belçika, 2003-2006, 64 oyun,  qol9), "Olimpiakos" (Yunanıstan, 2006-2008, 14 oyun), "Jerminal" (Belçika, 2008, 10 oyun, 1 qol) və "Kuban" (Rusiya, 2009-2011, 44 oyun, 2 qol) klublarında çıxış edib.
2004-cü ildə o, Didye Droqbalı Kot`D-İvuar yığmasına dəvət alıb. Həmin il o, Emmanuel Ebue ilə birlikdə "Arsenal"a baxışa yollanıb. Lakin Ebuedən fərqli olaraq bəyənilməyib. Məhşur "Transfermarkt" saytı ona 600 min avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər