Arsen Vengerə ağır cəza verildi- RƏSMİ

Arsen Vengerə ağır cəza verildi- RƏSMİ

İngiltərə Futbol Federasiyası“Arsenal”ın baş məşqçisi Arsen Vengerə ağır cəza verib. Fanat.Az xəbər verir ki, “topçular”ın çalışdırıcısı qarşıdakı 4 oyunda texniki zonada ola bilməyəcək.

 

Səbəb fransızın yanvarın 22-də Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutan “Arsenal” – “Bernli” (2:1) oyununda özünə rəva gördüyü davranışdı.  Matçın bitiminə yaxın meydan sahiblərinin qapısına təyin olunmuş penaltiyə çılğın şəkildə etiraz edən Venger matçın ehtiyat hakimini təhqir edib. Tribunaya qovulandan sonra isə ondan texniki zonanı tərk etməsini istəyən hakimi itələyib.

 

Mütəxəssisə  4 oyunluq cəzayla yanaşı, 25 min funt-sterlinq cərimə də kəsilib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər