"Arsenal"ın istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Arsen Venger "Liverpul"dan Daniel Sturridgeni sərəncamında görmək istəyir.
İngiltərə mətbuatının məlumatına görə, fransız mütəxəssis klub rəhbərliyindən nəyin bahasına olursa-olsun 26 yaşlı hücumçunun keçidini rəsmiləşdirməyi tələb edir. "Arsenal"ın "Liverpul"a 30 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşdığı deyilir.
Qeyd edək ki, Daniel Sturridge 2009-cu ildə "Mançester Siti"dən 7,25 milyon avroya "Çelsi"yə transfer olunub. London klubu 2013-cü ildə onu 15 milyon avro qarşılığında "Liverpul"a satıb. "Transfermarkt" hazırda 26 yaşlı hücumçuya 25 milyon avro qiymət qoyub. Daniel Sturridge cari mövsümdə 24 rəsmi oyunda 12 qol vurub.
Fanat.az