Arsen Venger UEFA və "Siti"yə savaş açdı

Arsen Venger UEFA və "Siti"yə savaş açdı
"Arsenal"ın baş məşqçisi Arsen Venger UEFA və "Mançester Siti"yə savaş açıb. Fanat.az xəbər verir ki, fransız mütəxəssis maliyyə fair-playı qaydalarına əməl olunmadığını bildirib.
Vengerin fikrincə, UEFA-nın qoyduğu qaydaları pozan Premyer Liqadakı rəqibləri cəzalanmalıdı: "UEFA bir qaüda qoyuö. Bu qaydalara bütün klublar əməl etməlidi. Həmçinin "Mançester Siti". UEFA belə klubların avrokuboklardan kənarlaşdırılacağını açıqlamışdı. İndi nə dəyişdi ki, cəzalar pul cəriməsinə çnevirildi? Bu qaydalar avrokuboklarda kiçik komandaların da rəqabət apara bilməsi üçün qəbul olunmuşdu. Amma reallıqda bunu görmürük".
Venger bildirib ki, UEFA futbolda haqq-ədaləti təmin etməlidi: "Əgər bu gün Premyer Liqada bütün klublara 100 milyon funt-sterlinq transfer büdcəsinin verilməsi ilə bağlı qərar qəbul olunsa, bunu qəbul edərəm. Amma bir klubun 200 milyon, digəri 20 milyon xərcləyirsə, burda ədalətdən danışa bilməzsən. UEFA ədaləti təmin etməlidi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər