Arsen Venger Türkiyəyə gəlir?

Arsen Venger Türkiyəyə gəlir?
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Fənərbağça”ya baş məşqçi təyin oluna bilər.
 
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild” nəşri məlumat yayıb.
 
Xəbərə görə, İstanbul təmsilçisi baş məşqçi Erol Bulutu yaxında istefaya göndərməyi və onun yerinə Vengerlə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, 1996-cı ildən 2018-ci ilin yayına qədər "Arsenal”da çalışan 71 yaşlı fransız mütəxəssis hazırda heç bir klubda işləmir.
Xatırladaq ki, "Fənərbağça” Super Liqada 51 xalla 3-cü sıradadır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər