Arsen Venger: "Ronaldu və anası ilə şam yeməyi yemişdim"

Arsen Venger: "Ronaldu və anası ilə şam yeməyi yemişdim"
London "Arsenal"ının sabiq çalışdırıcısı Arsen Venger Kriştianu Ronaldunun "topçular"a transferinin necə pozulduğu barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, "The Guardian" (Qardian) nəşrinə belə deyib: "Heyətimizə qatmağa hazırlaşdığımız halda, sonradan keçidi alınmayan 50 oyunçu saya bilərəm. Ən üzücü olay isə Kriştianu ilə bağlıdı. "Arsenal"ın "Sportinq"lə ikitərəfli anlaşması heç nəyə yaramadı. O vaxt Karluş Keyruşu köməkçi-məşqçi qismində əsas komandaya götürən "Mançester Yunayted" bizi qabaqladı. Halbuki, Ronalduda artıq "Arsenal"ın futbolkası var idi. Üstəlik, mən onun özü və anası ilə bazamızda şam yeməyi də yemişdim".
Qeyd edək ki, Venger 1996-2018 aralığında "Arsenal"ı çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər