Arsen Venger: "Qış pəncərəsi" ləğv olunsun"!

Arsen Venger: "Qış pəncərəsi" ləğv olunsun"!

London "Arsenal"ının baş məşqçisi ArsenVenger qış "transfer pəncərəsi"nin artıq olduğunu bildirib. Fanat.az xəbər veir ki, İngiltərə təmsilçisinin çalışdırıcısı komandaların bütün mövsümü eyni heyətlə oynamasını daha məqsədəuyğun saydığını dilə gətirib.

Başçılıq etdiyi klubun rəsmi saytına açıqlama verən Venger fikirlərini bu cür izah edib: "Avropada heç vaxt bu cür passiv "pəncərə" olmayıb. Maliyyə "fair play"i öz rolunu oynayır. Bu, bir daha qış "transfer pəncərəsi"nin ləğv edilməsi haqda düşünməyə vadar edir. Gəlin mövsümün sonunadək eyni heyətlə oynayaq. Birdəfəlik bu "pəncərə"dən imtina edərdim. Çünki bu, komandada birliyi pozur. Futbolçu oktyabrda meydançaya çıxmırsa, yanvarda klubun tərk edəcəyini düşünür".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər