Ötən həftə "Arsenal"dan ayrılacağını söyləyən Arsen Venger gündəm yaradacaq bir açıqlama verib.
Fanat.Az xəbər verir ki, 22 ildi ingilis klubunu çalışdıran Vengerin Avroliqada "Atletiko" ilə qarşılaşacaqları matçdan öncə ayrılıq məsələsi ilə bağlı fikri diqqət çəkib.
Fransız çalışdırıcı "Bu yay baş məşqçi postundan istefa vermək mənim qərarım deyildi" söyləyərək rəhbərlik tərəfindən göndərildiyini rəsmən elan etmiş olub.
Fanat.Az