Məşhur rus futbolçu Andrey Arşavin Qazaxıstan "Kayrat"ından ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Klub Premyer Liqanın XXXIII turunda evdə "Şaxtyor"la (Karaqanda) matçda 37 yaşlı hücumçu üçün vida mərasimi təşkil edəcək. Təcrübəli forvard cəzalı olduğundan bu görüşdə oynamayacaq.
Qeyd edək ki, Arşavin bu mövsüm Qazaxıstan çempionatının gümüş medalını qazanıb. Peşəkar karyerasına ölkəsinin "Zenit" klubunda başlayan oyunçu İngiltərə "Arsenal"ının da formasını geyinib.
Fanat.Az