Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib. Fanat.az Türkiyə mediasına istinadən xəbər verir ki, komandanı Yusuf Şimşək çalışdıracaq.
Türk həmkarlarımız Dənizli klubuna istinad etsə də, konkret mənbə açıqlamayıb. Şimşekin bu gün futbolçularla görüşəcəyi və komandanı ilk məşqə çıxaracağı deyilir. O, bu postda bir neçə gün əvvəl istefa verən Serdar Dayatı əvəzləyəcək.
Qeyd edək ki, Yusuf Şimşek 1996-2000 və 2005-2008-ci illərdə "Dənizlispor"da çıxış edib. Daha sonra "Bursaspor" və "Beşiktaş"ın da formasını geyinmiş Türkiyə yığmasının sabiq üzvü məşqçi kimi bundan əvvəl "Turqutluspor"u çalışdırıb, "Çaykur Rizəspor"da köməkçi-məşqçi işləyib. Şimşek ötən mövsüm də "Dənizlispor"a baş məşqçi təyin olunmuşdu. Lakin qısa müddət sonra qərarını dəyişən prezident Süleyman Urkay onu Arif Erdemlə əvəzləmişdi.