Arif və Saşa baş məşqçisiz qaldı

Arif və Saşa baş məşqçisiz qaldı

Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu "Tekden Dənizlispor"da baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, Dənizli təmsilçisiSərdar Dayatla yollarını ayırıb.

Türkiyə PTT 1 liqasında "Ankaraspor"a 4:0 hesablı məğlubiyyətin ardından rəhbərlik Dayatla görüşüb. 6 oyundan 1 qələbə və 1 bərabərlik əldə edən Dayatın istefasına qərar verilib. Baş məşqçi isə baş verənlər barədə bunları bildirib:

"Biz yaxşı iş görməyə çalışdıq. Ancaq nə etdiksə, alınmadı. Mən də "Dənizlispor" üçün ən düzgün seçimin istefa olduğunu düşündüm və istefa etdim. Bundan sonra komandaya uğurlar arzulayıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər