Arif Ərdəm Yunanıstana qaçdı

Arif Ərdəm Yunanıstana qaçdı

“Qalatasaray”ın veteran futbolçusu Arif Erdem Türkiyədən qaçıb. Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Fətullah Gülənlə işbirliyində ittiham olunan sabiq futbolçu Yunanıstana üz tutub.

Arif Erdemin Türkiyədə baş tutmayan hərbi çevrilişdən 8 gün sonra, yəni iyulun 23-də Ədirnə vilayətinin İpsala sərhəd məntəqəsindən Yunanıstana qaçdığı bildirilir.

Qeyd edək ki, dünən İstanbul Prokurorluğu "Qalatasaray"ın 3 sabiq futbolçusu - Arif Erdem, Uğur Tütüneker və İsmail Demiriz barəsində həbs qərarı qəbul edib.

1991-2005-ci illərdə “Qalatasaray” klubunun şərəfini qoruyan Arif Erdem 60 dəfə Türkiyə millisinin formasını geyinib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər