Argentinalı ulduz Azərbaycana təşəkkür etdi

Argentinalı ulduz Azərbaycana təşəkkür etdi

Müqavilə ilə PSJ-yə məxsus olan, icarə əsasında "Qalatasaray" forması geyinən Mauro İkardi "Qarabağ"la xeyriyyə matçından (2:1) sonra Azərbaycana təşəkkür edib.

Fanat.Az xəbər verir ki, o, "Instagram" hesabında belə yazıb:

"Zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə keçirilən oyuna görə Azərbaycana təşəkkürlər. Stadiona gələn hər kəsə "çox sağ olun" deyirəm".

Argentinalı ulduz Azərbaycana təşəkkür etdi

Qeyd edək ki, İkardi Bakı Olimpiya Stadionunda baş tutan matçda komandasının qələbə qolunu vurub. Cənubi amerikalı ulduz özünə qarşı qayda pozuntusunun ardından penaltidən fərqlənib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər