Argentinalı dünya çempionu vəfat etdi

Argentinalı dünya çempionu vəfat etdi

Futbol üzrə Argentina millisinin sabiq futbolçusu Luis Qalvan dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı Argentina Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.

Keçmiş yarımmüdafiəçi 78 yaşında böyrək infeksiyası səbəbindən xəstəxanada vəfat edib.

Qeyd edək ki, Qalvan 1978-ci ildə Argentina yığmasının heyətində dünya çempionatının qalibi olub. O, Dieqo Maradona ilə birgə çıxış etdiyi millidə 34 matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər