Cənubi Amerika ölkələrinin iştirakı ilə keçirilən "Copa America"nın püşkü atılıb. Fanat.az xəbər verir ki, 12 komanda 4 qrupa bölünüb.
Turnirdə iştirak edən 12 komandadan 10-u Cənubi Amerikanı təmsil edir. Qalan iki komanda - Meksika və Yamayka KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri) zonasından dəvət olunub.
"Copa America"nın startı 2015-ci ilin 11 iyununda veriləcək. Çilinin ev sahibliyi edəcəyi yarış iyulun 4-də başa çatacaq.
| A Qrupu | B Qrupu | C Qrupu |
| Çili | Argentina | Braziliya |
| Meksika | Uruqvay | Kolumbiya |
| Ekvador | Paraqvay | Peru |
| Boliviya | Yamayka | Venesuella |
Fanat.az