Argentina millisinin üzvü təcavüzdə ittiham olunur

Argentina millisinin üzvü təcavüzdə ittiham olunur

Argentina millisinin və "Sevilya"nın müdafiəçisi Qonsalo Montiel təcavüzdə ittiham olunur. 

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

İddiaya görə, hadisə 1 yanvar 2019-cu il tarixində Argentinanın La Matanza şəhərində futbolçunun ad günü yığıncağında baş verib. Cinsi zorakılıq bir qrup şəxs tərəfindən törədilib.

Nəşrin məlumatına görə, futbolçu barədə şikayət ərizəsi cümə axşamı günü polisə daxil olub. Zərərçəkmişin vəkilinin sözlərinə görə, o, hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra futbolçunun ətrafı tərəfindən hədə-qorxuya məruz qalıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər