Argentina millisinin üzvü Fransa klubunda - RƏSMİ

Argentina millisinin üzvü Fransa klubunda - RƏSMİ

"İnter"in yarımmüdafiəçisi Valentin Karboni karyerasını Fransada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Argentina millisinin 19 yaşlı futbolçusu icarə əsasında "Olimpik Marsel"in formasını geyinəcək.

Məlumatı Fransa klubunun mətbuat xidməti yayıb. "Marsel"in sonaradan gənc oyunçunun transfer hüquqlarına yiyələnə biləcəyi vurğulanıb.

Xatırladaq ki, ötən mövsüm "Montsa"da icarədə olan Karboni Argentina millisi ilə son Amerika Kubokunun qalibi adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər