Argentina millisinin üzvü 8 ay oynamayacaq

Argentina millisinin üzvü 8 ay oynamayacaq

"Zenit"in müdafiəçisi Emanuel Mammananın durumuna aydınlıq gəlib.

 

Fanat.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, klubunun heyətində zədələnən gənc oyunçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Belə ki, 23 yaşlı mərkəz müdafiəçisinin sol dizinin ön çarpaz bağlarında qismən qopma aşkarlanıb. Mammana böyük ehtimalla, əməliyyat ediləcək. Bu isə o deməkdi ki, futbolçu təxminən 8 ay məcburi istirahət edəcək.

Qeyd edək ki, 2017-ci ildən "Zenit"də çıxış edən Emmanuel Mammana Argentina millisinin də üzvüdü.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər