Argentina millisi dağılır: daha 2 ulduz getdi

Argentina millisi dağılır: daha 2 ulduz getdi

Argentina millisinin daha iki üzvü gözlənilməz qərar verib. Fanat.az xəbər verir ki, kapitan Lionel Messidən sonra Xavyer Maskerano və Serxio Aquero milli karyerasını başa vurub.

Hər iki futbolçu Amerika Kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra belə qərar verib. “Barselona”da çıxış edən Maskerano və “Mançester Siti”nin formasını geyinən Aquero qərarının səbəbini açıqlamayıb.

Qarşıdakı günlərdə Argentina millisinin daha bir neçə aparıcı futbolçusu eyni qərarı verə bəlir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər