Argentina Messinin bu qolu ilə qalib gəldi - VİDEO

Argentina Messinin bu qolu ilə qalib gəldi - VİDEO

Ötən gecə Cənubi Amerikada 2026-cı ildə keçiriləcək futbol dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Ekvador milli komandaları arasında görüş baş tutub.

Fanat.Az xəbər verir ki, görüş 1:0 hesabı ilə son dünya çempionunun qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu oyunun 78-ci dəqiqəsində Lionel Messi vurub.

Bu, 36 yaşlı hücumçu millidə 104-cü qolu olub. 

Lionel Skaloninin yetirmələri növbəti oyununu səfərdə Boliviya ilə keçirəcək. Görüş sentyabrın 12-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər