"Argentina ilə oyunun nəticəsini ədalətsiz sayıram" - Braziliya millisinin baş məqşçisi

"Argentina ilə oyunun nəticəsini ədalətsiz sayıram" - Braziliya millisinin baş məqşçisi

Braziliya millisinin baş məşqçisi Fernando Diniz DÇ-2026-nın seçmə mərhələsinin oyununda Argentina millisindən aldıqları məğlubiyyət (0:1) barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Globo Esporte" onun dediklərini belə çatdırıb:

"Bu, ənənələri olan iki yığmanın mübarizəsi idi. Braziliya çoxsaylı təhlükəli vəziyyətlər yaratdı. Argentinanın isə demək olar ki, künc zərbəsi zamanı bizim səhvə yol verdiyimiz, Otamendinin isə qol vurduğu epizoddan başqa, belə vəziyyəti olmadı. Əks-hücumlar zamanı fərqlənə bilərdik. Təəssüf ki, həlledici vuruşlar çatmadı. Qələbəyə daha yaxın idik. Argentina ilə oyunun nəticəsini ədalətsiz sayıram".

DÇ-2026-nın seçmə mərhələsinin ilk 6 oyunundan 15 xal toplayan Argentina turnir cədvəlinə başçılıq edir. Braziliya isə 7 xalla altıncı yerdədir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər