Areola PSJ-dən ayrıldı

Areola PSJ-dən ayrıldı

PSJ-nin qapıçısı Alfons Areolanın karyerasını İngiltərədə davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, "Vest Hem" 29 yaşlı qolkiperlə anlaşdığını rəsmən elan edib. 

London klubunun mətbuat xidmətinin yaydığı məlumatda PSJ-nin qapıçısı ilə sonradan daha bir mövsüm uzatmaq ehtimalı ilə 5 illik müqavilə imzalandığı qeyd olunub. 

Areola 2021-ci ilin yayında fransızlara icarəyə verilmişdi. "Vest Hem" onu müqavilədə göstərilən 9 milyon avroya almaq şərtindən yararlanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər