"Ardıcıl iki dəfə avrokubokların finalına çıxan məşqçini necə qovmaq olar?" - Mourinyu

"Ardıcıl iki dəfə avrokubokların finalına çıxan məşqçini necə qovmaq olar?" - Mourinyu

Joze Mourinyu "Roma" dan ayrılması barədə mətbuata maraqlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Corriere dello Sport" portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:

“İşdən çıxarılmağım? Xüsusi bir şey yoxdur... Ardıcıl iki dəfə avrokubokların finalına çıxan məşqçini necə qovmaq olar? Açığı, başa düşmək çətindir. Yeganə qəribə olan da budur”.

Qeyd edək ki, Mour 2021-ci ildən çalışdırdığı "canavarlar" 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. "Roma" ötən mövsüm sözügedən mütəxəssisin rəhbərliyi altında Avropa Liqasının finalına qədər irəliləyib. 

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər