Ardan Turanın zəif oynamasının səbəbi tapıldı - FOTO

Ardan Turanın zəif oynamasının səbəbi tapıldı - FOTO
Arda Turanın azarkeşləri onun Avropa çempionatında pis nəticə göstərməsində türkiyəli aktrisa Sinəm Kobalı günahlandırır. Türkiyə milli komandasının İspaniya yığması ilə Avropa çempionatı matçında zəif nəticə göstərdiyi üçün türk fanatlar komanda üzvlərinə etirazlarını bildirib. 
Azarkeşlər ən böyük təpkini kapitan Arda Turana və baş məşqçi Fatih Terimə göstərib. Xüsusilə sosial şəbəkələrdə onların ünvanına gələn tənqidlər və təhqirlər səngimək bilmir. Bəzi futbol azarkeşləri Arda Turanın keçmiş sevgilisi Sinem Kobalın da ünvanına xoşagəlməz fikirlər bildirib, futbolçununun uğursuzluğunda onu günahlandırıblar.
Ötən ay həmkarı Kənan İmirzalıoğlu ilə ailə quran aktrisanın istaqram səhifəsinə "Arda sənə görə qol vura bilmədi”, “Kaş ki, çempionatdan sonra evlənərdin” kimi şərhlər yazılıb. Məşhur aktrisa bu cür şərh bildirən izləyiciləri dərhal bloka atıb.
Ardan Turanın zəif oynamasının səbəbi tapıldı - FOTO
 
Xatırladaq ki, Türkiyə ilə İspaniya yığmasının Avropa çempionatı matçında 66-cı dəqiqəsindən etibarən top Ardada olan zaman azarkeşlər onu fitə basıb. Arda sonadək davam edən etirazlardan təsirlənmiş və yaxşı oyun nümayiş etdirə bilməmişdi. Türkiyəli azarkeşlər milli yığmanı fitə bassa da, final fitindən sonra Andres İnyesta, Jordi Alba, Serxio Buskets, İker Kasilyas və Jerar Pike başda olmaqla İspaniya yığmasının bütün futbolçuları Ardanı qucaqlayaraq, ona ürək-dirək vermişdilər.(Publika.az)
Ardan Turanın zəif oynamasının səbəbi tapıldı - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər