İspaniya mətbuatı Arda Turanla bağlı yeni xəbər yayıb. Fanat.Az xəbər verir ki, "El Mundo Deportivo" qəzetinin "Çox gizli" başlığı ilə yayımladığı xəbərdə türk futbolçunun Barselonadan ayrılmağa hazırlaşdığı bildirilir.
Qəzetin iddiasına görə, artıq çemodanlarını toplayıb. Bu isə onun gələn mövsüm komandada olmayacağına işarədi. Qeyd edilir ki, mayın 27-də "Atletiko" ilə keçriləcək "Kral Kuboku"nun finalından sonra baş məşqçi Luis Enrike istefa verəcək. Bununla da türk futbolçu klubdakı yeganə dəstəyini itirəcək.
"Barselona"da aprelin 26-dan sonra forma şansı qazanmayan futbolçunun xidmətində İngiltərədən "Arsenal", İtaliyadan "İnter", Türkiyədən "Qalatasaray" və adı açıqlanmayan Çin klubları maraqlıdı.
Fanat.Az