Milli karyerasını başa vurduğunu açıqlayan Arda Turanın gedişindən sonra yığmada kapitan sarğısını daşıyacaq futbolçunun kimliyi bəllidi. Fanat.Az xəbər verir ki, TFF rəhbərliyi və milli komandanın texniki heyətinin müzakirələrindən sonra missiya Mehmet Topala həvalə edilib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bazar günü Kosovayla qarşılaşacaq Türkiyə yığmasının bundan sonrakı matçlarında “Fənərbaxça”lı kapitan qismində top qovacaq.
Selcuk İnan və Gökhan Gönül isə Topal meydanda olmayacağı halda, bu şərəfə nail olacaqlar.
Fanat.Az